veten informasiya agentliyi

Sumqayıt yolundakı qəza belə baş verib — VİDEO

Tarix:9-03-2017, 15:44
Baxış Sayı:866

Sumqayıt yolundakı qəza belə baş verib — VİDEO













Bakı-Sumqayıt yolundakı qəzanın baş verdiyi anın görüntüləri yayılıb

Görüntülərdən məlum olur ki, qəzaya düşən 50-BN-132 dövlət qeydiyyat nişanlı qırmızı rəngli "Ford"ün sürücüsü körpünün üzərində ötmə əməliyyatı aparır. Göründüyü kimi, o, digər "Ford"u ötməyə çalışır. Özü də sağdan. Hansı ki, sağdan ötmə qadağandır. Lakin Namiq Hüseynov bu cür kobud qayda pozuntusuna yol verərək qəza törədir. Hadisədən əvvəl "ZİL" markalı yük maşını körpünün üzərində xarab olaraq dayanıb. Mişar daşı daşıyan yük maşınının təkəri partlayıb. "ZİL"in sürücüsü maşını körpüdə saxlayaraq guya təhlükəsizlik tədbiri görürmüş kimi, bir neçə mişar daşını yola düzüb. Videodan da göründüyü kimi, "Ford" ötmə əməliyyatı edəndən sonra sol zolağa qayıtmağa çalışır.

Lakin sürət yüksək olduğu üçün bunu edə bilmir. Əvvəl yoldakı mişar daşlarına dəyən "Ford" daha sonra sol tətəfdən "ZİL"ə çırpılıb.

Məlum olub ki, Namiq Hüseynov uzun illərdir, "Ford" sürür. 2012-ci ildən martın 6-dək o, 61 dəfə cərimə olunub. Təkcə ötən ilə 24 dəfə cərimələnib.

Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı "ZİL"in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb. Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır.

avtosfer.az


Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi