veten informasiya agentliyi

Bakıda yol polisinin saxladığı sürücü öldü - VİDEO

Tarix:6-03-2017, 11:09
Baxış Sayı:840

Bakıda yol polisinin saxladığı sürücü öldü - VİDEO

















Martın 4-ü saat 12 radələrində Ziya Bünyadov prospekti ilə hərəkətdə olan 1961-ci il təvəllüdlü Əsgər Muradovun idarə etdiyi "Nissan” markalı avtomobili yol polisi əməkdaşı saxlayıb.

"Qafqazinfo”ya açıqlama verən qohumu Nurəddin Həsənov bildirib ki, YPX əməkdaşının sürücü ilə kobud davranışı onun ölümünə səbəb olub: "Polis ona deyib ki, sən "avtoş”luq edirsən. Bu da cavabında "sənin atan yaşdayam, mən "avtoş”luq edənəm?” deyib və bundan sonra aralarında mübahisə olub. Bunları Əsgər müəllim özü qohumumuz Rövşənə zəng edib deyib. Rövşənə deyib ki, polis mənə belə sözlər deyir, maşının açarını almaq istəyir, ürəyim sancır, gəl məni apar. Videodan da görünür, sonra maşının qarşısına keçir və yıxılır. Ekspertizada dedilər ki, infarkt keçirib. Amma onu infarkt səviyyəsinə gətirən var. Əsgər müəllim polislə olan dialoqunu videoya çəkib. Polis görüb ki, öldü, onun telefonunu götürüb hər şeyi siliblər. Onun ürəyi xəstə idi, bu gün (martın 6-da) müalicə üçün İrana gedəcəkdi. O, Rusiya vətəndaşıdı, daim orada yaşayırdı. Oğluna toy etmək üçün Bakıya gəlmişdi”.

N.Həsənov bildirib ki, hadisə barədə televiziya kanallarına yalnış məlumat verilib: "Televiziyada deyiblər ki, guya sürücünü halı pisləşib, yol polisi əməkdaşları tibbi yardım göstərib və ölümün qarşısını alıblar. Necə qarşısını alıblar ki, bu gün üç mərasimidir? Həm də o hadisə yerində vəfat edib, oradan birbaşa morqa aparılıb. Onu bu hala salan yol polisi əməkdaşının ad-soyadını hələ ki, bilmirik. Nərimanov rayon Dövlət Yol Polisi İdarəsinə məxsus "267” seriyalı avtomobildə olub. Sabah rəsmi qurumlara şikayət edəcəyik”.


Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi