veten informasiya agentliyi

Görəsən bu klinikanın sahibi vergi orqanı ilə necə “dil tapa” bilir? - İTTİHAM

Tarix:6-09-2018, 10:22
Baxış Sayı:528

Görəsən bu klinikanın sahibi vergi orqanı ilə necə “dil tapa” bilir? - İTTİHAM















Ölkə gündəmini diqqətlə izləyən oxucularımız xatırlayarlar: Bu ilin may ayında paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Stimul” hospitalında ölüm hadisəsinin baş verməsi ilə əlaqədar rayon prokurorluğunda cinayət işi açılaraq şəhər prokurorluğuna verilmişdi. Cumhuriyyet.net bildirir ki,həkim Elçin Zodan pasiyent Yeganə Quliyevanı plastik əməliyyat edərkən o, stolda keçinmişdi. Qəribədir ki, üzərində uğursuz plastik cərrahiyyə əməliyyatı aparılmış xəstənin ölümünün səbəbləri istintaq tərəfindən araşdırılarkən sıravi həkim məsuliyyətə cəlb olundu, amma klinika rəhbərliyindən heç kimə “gözün üstə qaşın var” deyən olmadı. Niyəsi naməlumdur. Halbuki, pasient səhhəti ilə bağlı tibb müəssisəsinə üz tutur, onun ayrıca həkiminə deyil. Bu məsələdə məsuliyyət bölünməlidir. Axı həkimi də rəhbərlik seçir, müəssisəni texnika və avadanlıqla təmin edir. Əgər seçim etməyi, işə götürmək istədiyi kadrın savad səviyyəsini müəyyənləşdirməyi özü bacarmırsa, bunu başqa mütəxəssisə etibar etməlidir.

Bütün başqa müşahidələrimiz və daxil olmuş məlumatlara görə klinikanin sahibi Hacı Bəxtiyar sözügedən ölüm işində cinayət təqibi orqanlarının “diqqətindən” kənarda qaldığı kimi, eyni uğurla da vergidən yayına bilir. Şübhə doğuran məsələ burasındadır ki, bu gün klinikaya tibbi xidmət üçün müraciət edən vətəndaş qeydiyyata alındıqdan sonra ona klinikanın vizit kartı verilir, kod qoyularaq kassaya yönləndirilir.

Vətəndaş kassaya yanaşanadək həmin kod kassada əyləşən xanıma ötürülür. Kassir pulu aldıqdan sonra pasientə kassa aparatından deyil, adi printerdən çıxardığı “çek”i verir. Pasient də öz növbəsində həmin “çek”i onu müayinə edəcək həkimə təqdim edir. Beləliklə, müştərinin tələb olunan pulu ödədiyinə klinika rəhbərliyi tərəfindən tam nəzarət olunur.

Amma müəssisənin xəzinəsinə gündəlik mədaxilə dövlət tərəfindən nəzarətin təmin olunub-olunmaması sual altında qalır: Görəsən bu klinikanın sahibi vergi orqanı ilə necə “dil tapa” bilir? Özü kimdir, “yuxarı”dakı adamı kimdir? Saytımızın oxucuları ilə irəlidəki görüşlərimizdə hacı Bəxtiyarın Misir dövlətinə səfərlərinin pərdəarxası təfərrüatları barədə ətrafı söhbət açacağıq. Həmçinin, onu müşayiət edən xanım həkimlə üçüncü ölkəyə niyə birbaşa Bakıdan deyil, məhz ən yaxın qonşu ölkələrdən birinin hava limanından uçduğu barədə məlumatları bölüşəcəyik.

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalandı
Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalandı
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlandı
Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlandı
Elşad Xosedən yeni xəbər var
Elşad Xosedən yeni xəbər var
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
DİM-dən abituriyentlərə xəbərdarlıq
DİM-dən abituriyentlərə xəbərdarlıq