veten informasiya agentliyi

İki nazir həbs olunur

Tarix:13-12-2016, 11:43
Baxış Sayı:969

İki nazir həbs olunur














"MTN işi"nin məhkəmə istintaqı davam edir. Son günlər eks nazir Eldar Mahmudova yaxın olan, konkret olaraq Akif Çovdarovun tapşırıqlarını həyata keçirən "reket" jurnalistlər həbs olundu

Bütün bunların fonunda həbs dalğası artıq yeni bir müstəviyə çatıb. Yeni mərhələdə həbs olunmalı daha vacib iki şəxs qalır - keçmiş nazirlər Əli Abbasov və Eldar Mahmudov.

Mediafax.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, yaxın günlərdə öncə Əli Abbasov, daha sonra isə Eldar Mahmudovun həbsi reallaşacaq.

Elə bu səbəbdən də istər Akif Çovdarovun, istərsə də "Rabitə işi"nə görə həbs edilən yüksək çinli məmurların məhkəməsində vaxt uzadılmaları baş verir. Məhkəmə ifadələrindən də göründüyü kimi, hər kəs Eldar Mahmudovla Əli Abbasovun adını çəkir. Mediafax.Az-a məlumat verən mənbə bildirir ki, Eldar Mahmudov həbs olunacağını artıq bilir.

Daha bir maraqlı məqam isə Əli Abbasovun həbs olunan adamlarının məhkəmədə dövlət büdcəsindən oğurladıqları milyonları qaytarmaq istəımələri ilə bağlıdır. Belə ki, bir müddət əvvəl Vidadi Zeynalovla Beytulla Hüseynov pulların qaytarılmasına hazır olduqıarını etiraf etdilər. Bu isə onların həbsdən qurtulmaları üçün əsas deyil. Mənbə bildirir ki, "MTN işi"nə görə həbs olunan şəxslərin əmlakına həbs qoyulub və bu əmlaklar müsadirə ediləcək.

Hətta son günlər həbs edilən reket jurnalistlərin avtomobillərinə və əmlaklarına da həbs qoyulub.

Beləliklə, yaxın günlərdə, iki əsas fiqurların Eldar Mahmudovla Əli Abbasovun həbs olunmasının şahidi olacağıq.

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi