veten informasiya agentliyi

Özü getdi, problemləri qaldı... - GİLEY

Tarix:6-06-2018, 12:06
Baxış Sayı:620

Özü getdi, problemləri qaldı... - GİLEY














Binəqədi rayonu son illər Bakı şəhərinin ən çox narazılıq doğuran rayonlarından biri kimi yadda qalıb.

Bu rayonda qanunsuz tikililər, yol kənarlarının qeyri-qanuni zəbt edilməsi və digər şikayətlər intensiv hal alıb.

Bunun nəticəsidir ki, ölkə başçısı Cənab İlham Əliyevin sərəncamı ilə Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutduğu vəzifədən uzaqlaşdırılıb və barəsində müvafiq qurumlarda araşdırmalar aparılır.

Ötən gün isə Binəqədidə növbəti rəzalətə imza atılıb.

Belə ki, Binəqədi rayonu Əcəmi Naxçıvani 4B ünvanında yaşayan sakinlər redaksiyamıza müraciət edərək, yaşayış binasının düz yanında, insanların eyvanının ağzında qeyri-qanuni obyekt tikildiyini və bu azmış kimi insanların gəlib-getdiyi yolun üzərində ayaqyolu quraşdırıldığını bildiriblər. Bina sakinlərinin sözlərinə görə, ərazidə qanunda nəzərdə tutulmayan dükan inşa edilsə də, yerli sakinlər buna etiraz etmədilər, lakin dükanın yanında – insanların eyvanlarının düz qarşısında ayaqyolu inşa edilməsi həm qanunsuzdur, həm də razələtdir.

Dəfələrlə yerli icra orqanlarına müraciətlər edilməsinə baxmayaraq, dükan sahibləri özlərini qoçu kimi aparır, keçmiş icra başçısı Xaləddin İsgəndərova “haqq” verdiklərini bildirirlər.

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı