veten informasiya agentliyi

Təcili: Şirvan icra başçısı baş həkimi komaya saldı, Bakıya çatdırıldı - ŞOK TƏFƏRRÜFAT

Tarix:31-01-2017, 10:04
Baxış Sayı:829

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi komaya düşüb

Bu barədə Politika.Az-ın əldə etdiyi məlumata görə, Fərhad Səfərov 1 həftə öncə qəfildən şəkərinin kəskin artması nəticəsində koma vəziyyətinə düşüb və Bakıya xəstəxanaya qaldırılıb.

Baş həkimin ölüm vəziyyətinə düşməsinin səbəbi var. İddialara görə, F.Səfərovun kritik duruma düşməsinin səbəbkarı Şirvanın icra başçısı, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalov olub.

Deyilənə görə, M.Camalov baş həkimə ötən ilki aylarda olan aylıq pulun azaldılmamasını bildirib. Baş həkim Fərhad Səfərov isə bu ilki büdcənin məlum iqtisadi böhran ucbatından kəsildiyini və əvvəlki illərin qazancının olmadığını desə də, icra başçısı qəbul etməyib.

İcra başçısı baş həkimi əlavə qazancı səhiyyə naziri Oqtay Şirəliyevə çatdırmaqda ittiham edib. Bu mübahisə böyüyüb və baş həkim evinə gələrək ciddi əsəb keçirtdiyindən şəkəri qalxıb, komaya düşüb.

O, dərhal Bakıya Sağlamlıq Mərkəzinə aparılıb. Deyilənə görə, M.Camalovla F.Səfərovu üz-üzə qoyan icra başçısının humanitar məsələlər üzrə müavini Elmira Ağayeva olub.

Baş həkim komaya düşəndən sonra Elmira Ağayeva xəstəxanaya gedib. Xəstəxanada baş həkimin əvəzindən göstəriş və tapşırıqlar verir.
İddialara görə, M.Camalovu idarə, müəssisə rəhbərləri ilə üz-göz edən Elmira Ağayevadır.

Yazıda adı keçən tərəfləri bu iddialarla bağlı dinləməyə hazırıq.

DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq:
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
Başlıbel faciəsindən 33 il ötür
Başlıbel faciəsindən 33 il ötür
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?