veten informasiya agentliyi

"Mən kimləri kreslodan yıxacağımı bilirəm" - İcra hakimiyyəti Zəhranın valideynlərini aldadıb

Tarix:28-08-2017, 12:18
Baxış Sayı:903

"Mən kimləri kreslodan yıxacağımı bilirəm" - İcra hakimiyyəti Zəhranın valideynlərini aldadıb














Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan 18 aylıq Zəhranın ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aldadılıb.

Yenicag.az xəbər verir ki, rayon icra hakimiyyətinin “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş” şöbəsinin müdiri Qənimət Əliyev Zəhranın anasının savadsızlığından istifadə edərək, ərizəyə qol çəkdirib. Bu barədə, Zəhranın valideynləri tərəfindən Prezidentə ünvanlanan məktubda deyilir.

Həmin ərizədə guya ailənin onlara təklif olunan ev və digər məsələlərdən imtina etdiyi qeyd olunur.

Məsələ ilə bağlı şəhid balamızın atası Elnur Quliyevlə əlaqə saxladıq. Yenicag.az-a açıqlama verən E. Quliyev, məlumatı təsdiqləsə də, bu barədə ətraflı danışmaq istəmədiyini dedi:

“Bu məsələni özüm həll edəcəm. Xahiş edirəm, heç kim qarışmasın. Özüm Prezident Aparatının qarşısına çıxacam. Mən kimləri kreslodan yıxacağımı bilirəm”.

Füzuli rayon İcra Hakimiyyətinin də mövqeyini dərc etməyə hazırıq.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi