veten informasiya agentliyi

Maşınını həyətdə yuyanlar cərimə olunacaq?

Tarix:31-07-2026, 12:28
Baxış Sayı:21

Maşınını həyətdə yuyanlar cərimə olunacaq?

Yay aylarında çoxmənzilli binaların həyətlərində avtomobil və ya xalça yuyulması tez-tez müşahidə olunur. Azərbaycan qanunvericiliyində bu hərəkətləri birbaşa qadağan edən ayrıca norma olmasa da, bu, onların istənilən yerdə və istənilən qaydada həyata keçirilə biləcəyi anlamına gəlmir. Vəziyyətdən asılı olaraq müxtəlif hüquqi tələblər tətbiq oluna bilər.

Avtomobil və xalça yuyularkən yaranan çirkab sularının torpağa axıdılması ekoloji risk yaradır. Avtomobil yuyulması zamanı suya yuyucu vasitələrlə yanaşı, mühərrik yağı, yanacaq qalıqları, əyləc və təkər aşınmasından yaranan hissəciklər, eləcə də digər çirkləndiricilər qarışa bilər. Xalça yuyulduqda isə yuyucu maddələr, toz və kir su ilə birlikdə torpağa düşür.

Ancaq bu halların hər biri avtomatik olaraq torpağın hüquqi baxımdan çirkləndirilməsi hesab edilmir. Məsuliyyət yalnız torpağın həqiqətən çirkləndirildiyi müəyyən edildikdə yaranır.

İnzibati Xətalar Məcəlləsinə əsasən, torpağın tullantılar, kimyəvi maddələr və ya çirkab suları ilə çirkləndirilməsi fiziki şəxslər üçün 500-800 manat, vəzifəli şəxslər üçün 2 000-2 500 manat, hüquqi şəxslər üçün isə 7 500-10 000 manat məbləğində cərimə ilə nəticələnə bilər.

Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi
Bağçalara növbəyə yazılma dayandırıldı
Bağçalara növbəyə yazılma dayandırıldı
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
Toy mövsümü bu tarixdən başlayır
Toy mövsümü bu tarixdən başlayır