veten informasiya agentliyi

Bu ərazilərdə yeni dəmiryol xətti çəkiləcək

Tarix:24-07-2026, 11:23
Baxış Sayı:37

Bu ərazilərdə yeni dəmiryol xətti çəkiləcək

2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, Bakı və ətraf qəsəbələrdə dəmir yolu infrastrukturunun inkişafı istiqamətində yeni xətlərin inşası, həmçinin uzun müddətdir istifadəsiz qalan mövcud xətlərin yenidən bərpası nəzərdə tutulur.

Bu layihələrdən biri də Zabrat-Maştağa-Bağlar dəmir yolu xəttinin yenidən fəaliyyətə başlamasıdır. Hazırda Sabunçu rayonunun Maştağa qəsəbəsində hazırlıq və nişanlama işləri həyata keçirilir. Layihə çərçivəsində tarixi Maştağa dəmir yolu stansiyasının binasının əsaslı təmir edilərək sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır.

Uzun illər istismar olunmayan dəmir yolu xəttinin keçdiyi ərazilər hazırda kol-kosla örtülsə də, yaxın zamanda burada dəmir yolu infrastrukturu tam şəkildə bərpa ediləcək. Tikinti və yenidənqurma işləri zamanı dəmir yolunun mühafizə zolağına düşən bəzi fərdi yaşayış evlərinin və yarımçıq tikililərin sökülməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq ərazidə ölçmə və işarələmə işləri aparılıb, mülkiyyət sahiblərinə layihə barədə məlumat verilib.

Rəsmi məlumata görə, söküləcək tikililərin sahiblərinə qanunvericiliyin tələblərinə uyğun kompensasiya ödəniləcək. Qeyd edək ki, analoji tədbirlər daha əvvəl Suraxanı və Hövsan istiqamətlərində də həyata keçirilib. Həmin ərazilərdə dəmir yolu xəttinin bərpası məqsədilə bəzi tikililər sökülüb və onların sahiblərinə müvafiq kompensasiya verilib.

Zabrat-Maştağa-Bağlar dəmir yolu xəttinin yenidən istifadəyə verilməsi nəticəsində həmin ərazilərdə yaşayan sakinlərin Bakının müxtəlif istiqamətlərinə daha sürətli, rahat və əlverişli şəkildə hərəkət etməsi üçün yeni nəqliyyat imkanları yaradılacaq.

Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi
Bağçalara növbəyə yazılma dayandırıldı
Bağçalara növbəyə yazılma dayandırıldı
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
Toy mövsümü bu tarixdən başlayır
Toy mövsümü bu tarixdən başlayır