veten informasiya agentliyi

İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır

Tarix:23-07-2026, 14:05
Baxış Sayı:39

İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır

İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunda öz əksini tapıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Fonda daxil olan yaşayış sahələri vətəndaşlara artıq icarə müqaviləsi əsasında deyil, mülkiyyət hüququ əsasında veriləcək. Fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

"Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" qanuna edilən dəyişikliklə şəxs işğaldan azad edilən ərazidə əvvəlki yaşayış yerinin əvəzinə yeni yaşayış sahəsi aldıqda və ya imkandan imtina etdikdə statusun itirilməsi hüquqi baxımdan dəqiq müəyyən olunur.

Prezident İlham Əliyevin imzaladığı Fərmanla Nazirlər Kabineti Mənzil Məcəlləsinin 108-1-ci maddəsinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşdırma fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydasını 4 ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırılmaqla təsdiq edəcək.

Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi
Bağçalara növbəyə yazılma dayandırıldı
Bağçalara növbəyə yazılma dayandırıldı
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
Toy mövsümü bu tarixdən başlayır
Toy mövsümü bu tarixdən başlayır