veten informasiya agentliyi

"Ərdoğana qarşı bir neçə sui-qəsd planı hazırlanmışdı"

Tarix:21-07-2026, 18:27
Baxış Sayı:29

"Ərdoğana qarşı bir neçə sui-qəsd planı hazırlanmışdı"


Türkiyədə 2016-cı il çevriliş cəhdindən əvvəl və həmin gecə Prezident Rəcəb Tayyib Ərdoğana qarşı bir neçə sui-qəsd planının hazırlandığı iddia olunub.

Bu barədə təqaüddə olan briqada generalı İbrahim Böyükbaş danışıb. Onun sözlərinə görə, ilk planlardan biri hərbi təlim zamanı həyata keçirilməli idi. Lakin kəşfiyyat orqanlarının şübhəli halları müəyyən etməsindən sonra prezidentin tədbirdə iştirakı ləğv edilib.

General bildirib ki, daha sonra təhlükəsizlik qurumları Ərdoğana qarşı yeni sui-qəsd planı barədə məlumat əldə ediblər. Onun sözlərinə görə, bu plan 1981-ci ildə Misir Prezidenti Ənvər Sədatın hərbi parad zamanı qətlə yetirilməsi ssenarisi əsasında hazırlanmışdı.

İbrahim Böyükbaş qeyd edib ki, sonuncu cəhd isə 15 iyul 2016-cı il çevrilişi gecəsi baş verib. Ərdoğanın Marmarisdə yerləşən oteldən vaxtında ayrılması nəticəsində plan baş tutmayıb.

Xatırladaq ki, 15 iyul 2016-cı ildə Türkiyədə baş vermiş çevriliş cəhdi zamanı 253 nəfər həlak olub, 2200-dən çox insan yaralanıb. Hadisələrdən sonra minlərlə şəxs saxlanılıb, yüzlərlə çevriliş iştirakçısı ömürlük həbs cəzasına məhkum edilib.

Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi
Bağçalara növbəyə yazılma dayandırıldı
Bağçalara növbəyə yazılma dayandırıldı
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
Toy mövsümü bu tarixdən başlayır
Toy mövsümü bu tarixdən başlayır