veten informasiya agentliyi

Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı

Tarix:1-07-2026, 10:53
Baxış Sayı:42

Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı

Finlandiyada stasionar telefon rabitəsi tarixə qovuşur.

Iyulun 1-dən etibarən ölkədə fəaliyyət göstərən son telekommunikasiya şirkəti də fiziki şəxslər və korporativ müştərilər üçün stasionar telefon xətlərinin xidmətini dayandırıb.

Məlumata görə, yeni qoşulma müqavilələrinin bağlanması bir neçə il əvvəl dayandırılmışdı. Cari ilin əvvəlinə operatorun cəmi bir neçə min aktiv stasionar bağlantısı qalmışdı.

Bundan əvvəl ölkənin daha iki böyük telekommunikasiya şirkəti stasionar şəbəkələrini bağlamışdı. Onlardan biri 2019-cu ildə, digəri isə 2026-cı ilin əvvəlində bu texnologiyadan imtina edib.

Beləliklə, Finlandiya XIX əsrin sonlarından istifadə olunan stasionar telefon rabitəsi ilə tam vidalaşaraq mobil və internet texnologiyalarına tam keçid edən ölkələrdən birinə çevrilib.

Qeyd edək ki, bu rabitə sistemi Finlandiyada 100 ildən artıq müddətdə istifadə olunurdu.

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi