veten informasiya agentliyi

Rusiyalı alimdən xəbərdarlıq: 30 kilometrlik ərazi dağıla bilər

Tarix:1-07-2026, 10:52
Baxış Sayı:37

Rusiyalı alimdən xəbərdarlıq: 30 kilometrlik ərazi dağıla bilər

Hazırda məlum olan bütün göy cisimləri arasında Yer üçün ən böyük potensial təhlükə mənbələrindən biri "2024 YR4" asteroididir. Mütəxəssislərin fikrincə, onun ölçüləri və hərəkət trayektoriyası elmi ictimaiyyətdə ciddi maraq və diqqət doğurur.

Bu barədə TASS-a müsahibəsində astronomiya sahəsi üzrə mütəxəssis Yevgeni Burmistrov məlumat verib.

Alimin hesablamalarına əsasən, 22 dekabr 2032-ci ildə sözügedən asteroidin Yerlə toqquşması nəzəri cəhətdən mümkündür. Onun sözlərinə görə, belə bir kosmik cismin Yerə düşəcəyi təqdirdə, dağıntı zonası episentrdən təxminən 30 kilometr radiusunda olan ərazini əhatə edə bilər ki, bu da böyük bir meqapolisin sahəsinə bərabərdir.

Bununla belə, astronom vurğulayıb ki, hazırda bu ssenarinin reallaşma ehtimalı son dərəcə aşağıdır və cəmi 0.0017 faiz təşkil edir.

Burmistrov əlavə edib ki, asteroidin uçuş trayektoriyası ilə bağlı daha dəqiq məlumatlar yalnız bir neçə ildən sonra əldə olunacaq. "2024 YR4" asteroidinin Yerə növbəti yaxınlaşması 2028-ci ildə gözlənilir və məhz bundan sonra alimlər təhlükənin real səviyyəsi ilə bağlı proqnozlarını yeniləyə biləcəklər.

Onun sözlərinə görə, həmin vaxta qədər aparılan bütün qiymətləndirmələr ilkin xarakter daşıyır. Xatırladaq ki, 2025-ci ilin sentyabrında beynəlxalq tədqiqatçılar qrupunun hesabatı dərc olunmuşdu. Həmin sənəddə kritik zərurət yaranacağı təqdirdə "2024 YR4" asteroidinin nüvə silahı vasitəsilə məhv edilməsinin mümkün ssenarilərdən biri ola biləcəyi qeyd edilsə də, bu variant hazırda yalnız nəzəri ehtimal kimi qiymətləndirilir.

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı