veten informasiya agentliyi

Rusiya və Çin Yaponiyaya siqnal göndərib: Sakit okean üzərində nə baş verir?

Tarix:30-06-2026, 10:12
Baxış Sayı:41

Rusiya və Çin Yaponiyaya siqnal göndərib: Sakit okean üzərində nə baş verir?


Qərbi Sakit okean üzərində Rusiya-Çin birgə hava patrulları Çin müşahidəçilərinin diqqətini cəlb edib.

“Baijiahao” nəşri bildirib ki, Rusiya və Çinin uzaqmənzilli aviasiyasının 11-ci birgə əməliyyatı Yaponiyaya və regiondakı digər ölkələrə siqnal göndərib, lakin onun mənası ümumilikdə düşünüləndən fərqli olub.

Nəşrin məlumatına görə, patrulda Rusiyanın “Tu-95MS” strateji bombardmançı təyyarələri, eləcə də “Su-30SM” və “Su-35S” qırıcıları iştirak edib. Çin” Xian H-6” bombardmançı təyyarələrini və “Shenyang J-16” qırıcılarını yerləşdirib.

Təyyarələr bazalarını tərk etdikdən sonra Şərqi Çin dənizi üzərində görüşərək Miyako boğazından keçib və qərbi Sakit Okean üzərində uçuşlarını davam etdiriblər.

Nəşrə görə, bu cür birgə hərəkətlər adətən Yaponiya, Cənubi Koreya və ABŞ-a xəbərdarlıq kimi qəbul edilir. Lakin nəşrin müəllifləri hesab edirlər ki, bu dəfə Moskva və Pekin güc nümayişi əvəzinə təmkinliliyə üstünlük veriblər. Nəşr qeyd edir ki, Rusiya Müdafiə Nazirliyi uçuşun üçüncü ölkələrə qarşı yönəlmədiyini xüsusi olaraq bildirib.

Çinli jurnalistlər hesab edirlər ki, hərbi imkanların və beynəlxalq hüquqa nümayişkaranə şəkildə riayət olunmasının kombinasiyası əsas siqnal olub. Onlar iddia edirlər ki, birgə patrul Rusiya və Çinin təmkini qoruyub saxlayaraq və eskalasiyanın qarşısını alaraq birlikdə işləməyə hazır olduqlarını nümayiş etdirib.

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı