veten informasiya agentliyi

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

Tarix:22-06-2026, 07:41
Baxış Sayı:39

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

Fransanın materik hissəsinin 96 departamentindən 49-da ən yüksək - qırmızı meteoroloji təhlükə səviyyəsi elan edilib.

Bu barədə ölkənin Milli Meteorologiya Xidməti məlumat yayıb.

Xəbərdarlıq Paris və paytaxt regionu İl-de-Frans üçün də keçərlidir.

Qeyd edilir ki, indiyə kimi heç vaxt qırmızı təhlükə səviyyəsi eyni vaxtda bu qədər çox sayda departamenti əhatə etməyib.

Həmin ərazilərdə termometrlərin göstəriciləri 42 dərəcəyə qədər yüksələcək. Proqnozlara görə, isti hava şəraiti qarşıdan gələn həftə ərzində güclənərək davam edəcək.

Qeyd edək ki, bundan başqa, 40 departamentdə narıncı, 7 departamentdə isə sarı xəbərdarlıq səviyyəsi qüvvədədir.

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı