veten informasiya agentliyi

Zelenskiyə ağır zərbə: 84 il öncəki hadisəyə görə "Ağ Qartal" əlindən alındı

Tarix:20-06-2026, 10:30
Baxış Sayı:50

Zelenskiyə ağır zərbə: 84 il öncəki hadisəyə görə "Ağ Qartal" əlindən alındı

Polşa rəhbərliyinin qərarı Varşava–Kiyev xəttində yeni müzakirələrə yol açıb.
Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşanın ən yüksək dövlət təltifi olan Ağ Qartal Ordenindən məhrum edilməsi ilə bağlı qərar qəbul edib.
Məlumata görə, qərarın əsas səbəbi Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyatlar bölmələrindən birinə “UPA qəhrəmanları” (“Ukrayna Üsyançı Ordusunun qəhrəmanları”) adının verilməsi olub. Bu addım Polşada ciddi narazılıq doğurub.
UPA 1942-ci ildə yaradılmış silahlı təşkilatdır. Polşa tərəfi onu İkinci Dünya müharibəsi illərində Volın və Şərqi Qalisiyada on minlərlə polyakın qətli ilə əlaqələndirir. Rəsmi Varşava hesab edir ki, həmin hadisələrin qəhrəmanlaşdırılması qəbuledilməzdir və iki xalqın tarixi yaddaşına ziddir.
Ağ Qartal Ordeni 1705-ci ildə təsis edilib və Polşanın ən ali dövlət mükafatı sayılır. Zelenski bu ordenlə 2023-cü ildə təltif olunmuşdu. (Musavat.com)

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı