veten informasiya agentliyi

Almaniyada dron həyəcanı

Tarix:30-05-2026, 15:41
Baxış Sayı:52

Almaniyada dron həyəcanı


Almaniyanın Münxen şəhərinin hava limanında pilotsuz uçuş aparatının (PUA) müşahidə edilməsinə dair məlumatla əlaqədar uçuşlar təxminən bir saat müddətinə dayandırılıb.
Səhər saatlarında iki pilot hava limanı yaxınlığında şübhəli obyekt gördüklərini bildirib. Obyektin dron ola biləcəyi ehtimal edildiyindən Münxen hava limanının uçuş-enmə zolaqları müvəqqəti bağlanıb.
Hadisə ilə bağlı araşdırma aparılıb, axtarış tədbirlərinə polis helikopteri də cəlb olunub. Lakin mümkün dronun izinə rast gəlinməyib. Yoxlamalar başa çatdıqdan sonra hava limanında uçuşların həyata keçirilməsi bərpa olunub.
Müvəqqəti məhdudiyyətlər hava nəqliyyatının işinə təsir göstərib. Bağlanma dövründə bir neçə reys Ştutqart hava limanına yönləndirilib. Bəzi təyyarələr isə Nürnberq və Frankfurta eniş etməli olub. Sərnişinlərə sonrakı reyslərdə gecikmələrin mümkün olduğu barədə xəbərdarlıq edilib.

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi