veten informasiya agentliyi

İranın uran ehtiyatları bu ölkəyə göndərilə bilər

Tarix:30-05-2026, 11:00
Baxış Sayı:41

İranın uran ehtiyatları bu ölkəyə göndərilə bilər


İranın uran ehtiyatlarının Qazaxıstana daşınması gündəmə gəlib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bu barədə “Financial Times” nəşrinə açıqlama verib.
O bildirib ki, ABŞ və İran arasında nüvə məsələsi ilə bağlı razılıq əldə olunarsa, Qazaxıstan yüksək səviyyədə zənginləşdirilmiş uranın saxlanmasını öz üzərinə götürə bilər.
Qrossinin sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən görüş zamanı bu təşəbbüsə müsbət yanaşıb.
BAEA rəhbəri qeyd edib ki, təşkilatın Qazaxıstanda aşağı zənginləşdirilmiş uran bankı fəaliyyət göstərdiyi üçün materialların təhlükəsiz şəkildə qorunması üçün lazımi imkanlar mövcuddur.
O əlavə edib ki, bu variant həm Vaşinqton, həm də Tehran üçün uyğun həll yolu hesab oluna bilər. Bununla yanaşı, yekun qərarın nüvə danışıqlarının nəticəsindən asılı olacağı vurğulanıb.

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı