veten informasiya agentliyi

Çexiyalı nazir: Mənzil təminatı sosial həmrəyliyin və iqtisadi imkanların əsas elementidir

Tarix:17-05-2026, 13:30
Baxış Sayı:93

Çexiyalı nazir: Mənzil təminatı sosial həmrəyliyin və iqtisadi imkanların əsas elementidir


Çexiya Yeni Şəhərsalma Proqramının icrasına sadiq qalaraq dayanıqlı, inklüziv və davamlı şəhərlərin formalaşdırılmasını əsas prioritetlərdən biri hesab edir.
Bu fikirləri Çexiyanın regional inkişaf naziri Suzana Mrazova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Milli Nazirlik Bəyanatları - Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlər səviyyəsində dəyirmi masa”da çıxışı zamanı səsləndirib.
Nazir bildirib ki, Çexiya Yeni Şəhərsalma Proqramının qəbulundan sonra onun icrası istiqamətində ardıcıl fəaliyyət göstərir və sənədi dayanıqlı şəhər inkişafı üzrə əsas qlobal çərçivə kimi qiymətləndirir. Onun sözlərinə görə, ölkədə urbanizasiya siyasəti sosial və institusional inkişafın gücləndirilməsinə, əsas xidmətlərə çıxışın yaxşılaşdırılmasına və mənzil əlçatanlığının artırılmasına yönəlib.
Suzana Mrazova qeyd edib ki, Çexiya hökuməti mənzil məsələsini ictimai maraq kəsb edən əsas sahələrdən biri hesab edir. O vurğulayıb ki, əlçatan mənzil təminatı sosial həmrəyliyin, regional sabitliyin və iqtisadi imkanların genişlənməsinin vacib elementidir. Nazir əlavə edib ki, ölkə qarşıdakı dövrdə əlçatan mənzil siyasəti, iqlimədavamlı və enerji səmərəli şəhər inkişafı, həmçinin yerli idarəetmə orqanları ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi