veten informasiya agentliyi

Kirayə mənzil bazarında böyük dəyişiklik - 10 dəfə artıq pul…

Tarix:5-05-2026, 09:09
Baxış Sayı:62

Kirayə mənzil bazarında böyük dəyişiklik - 10 dəfə artıq pul…

Kirayə bazarında qaydaların pozulmasına görə inzibati cərimələr artırılıb. Yeni dəyişikliklərə əsasən, əvvəl 30 manat olan cərimə 300 manata qədər yüksəldilib. Bu addımın məqsədi bazarda qanun pozuntularının qarşısını almaq və nəzarəti gücləndirməkdir.
Cərimə məbləğinin artması əksər kirayə müqavilələrinin rəsmiləşdirilməsinə təsir göstərəcək?
Bu barədə Globalinfo.az-a Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov danışıb. O deyib ki, bu, daşınmaz əmlak sektorunda islahatların aparılması istiqamətində atılan addımlardan biridir:
“Azərbaycanda, xüsusilə mənzil fondunda kirayə verilən evlərin 90 faizdən çoxu qeyri-leqal şəkildə icarəyə təqdim olunurdu. Vergi qanunvericiliyində edilən dəyişikliklərə əsasən, vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib. Məqsəd vətəndaşları leqal fəaliyyətə təşviq etmək olub. Lakin cəmi 4 faizlik azalma bu sahədə ciddi dönüş yaratmayıb və leqallaşmaya təsiri məhdud qalıb. Qanunvericiliyə görə, vətəndaş iki aydan artıq yaşadığı ünvanı dəyişərsə, qeydiyyata düşməlidir. Kirayə münasibətlərində də bu tələb aktualdır. Ancaq praktikada həm ev sahibləri, həm də kirayəçilər bu qaydaya çox vaxt əməl etmir”.
Ekspert bildirib ki, rəsmi müqavilələrin olmaması hər iki tərəf üçün risklər yaradır:
“Vətəndaş qəfil evdən çıxarılma və ya kirayə haqqının artırılması ilə üzləşə bilər. Ev sahibinin isə əmlaka ziyan vurulması, ödənişlərin gecikdirilməsi, hətta mənzildən qanunsuz istifadə kimi hallarla qarşılaşması mümkündür. Bəzən mənzil subicarəyə verilir, bir nəfər əvəzinə bir neçə şəxs yaşayır və bu da əmlakın aşınmasını sürətləndirir. Bütün bu amillər müqavilələrin bağlanması və qeydiyyatın aparılmasının vacibliyini artırır. Bu səbəbdən inzibati cərimələr 30 manatdan 300 manata qədər yüksəldilib. Bu tədbirlərin bazara real təsirini qiymətləndirmək üçün hələ tezdir. İlkin gözləntilərə görə, dəyişikliklərin təsiri məhdud olacaq”.

Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi
Bağçalara növbəyə yazılma dayandırıldı
Bağçalara növbəyə yazılma dayandırıldı
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
Toy mövsümü bu tarixdən başlayır
Toy mövsümü bu tarixdən başlayır