veten informasiya agentliyi

Paşinyan bu erməniləri itə bənzətdi, ölkə qarışdı

Tarix:Bu gün, 10:23
Baxış Sayı:9

Paşinyan bu erməniləri itə bənzətdi, ölkə qarışdı

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi gərginlik daha da artır. Baş nazir Nikol Paşinyan parlamentdəki çıxışı zamanı müxalifət partiyalarının potensial seçiciləri haqqında sərt sözlər səsləndirməsi, onları "axmaq izdiham" adlandırması erməni cəmiyyətində birmənalı qarşılanmayıb.
Ölkə ziyalıları, siyasətçilər, ictimai fəallar Paşinyanı qınayan açıqlamalar verir, ümumilikdə bu cür siyasi xaosla cəmiyyətin uçuruma sürükləndiyini deyirlər. Məsələn tanınmış erməni vəkil Raffi Aslanyan "Mamul" nəşrinə açıqlamasında deyib: "Ermənistan Respublikasının Baş naziri cəmiyyətin müxalifət təbəqəsinin əhəmiyyətli bir hissəsini it və alçaq adlandırdı. Ona görə də baş nazir onun tərəfdarlarının zombi və iyrənc adlandırılmasına təəccüblənməməlidir.
Çünki hakimiyyət ambisiyaları ilə hərəkət edən Paşinyan cəmiyyətdə parçalanmanın təməlini özü qoyub. Hazırda hər kəsə bir şey aydın görünür ki, yalnız Nikol Paşinyanın devrilməsi sosial həmrəyliyi və milli birliyi təmin edə bilər. O, genetik təbiəti və xasiyyəti ilə vətənimizin immun sistemini hədəf alan bir şər qüvvəyə çevrilib və bunun ən ciddi nəticələri hələ qarşıdadır".
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyun ayının 7-də keçiriləcək.

DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq:
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
Başlıbel faciəsindən 33 il ötür
Başlıbel faciəsindən 33 il ötür
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?