veten informasiya agentliyi

Bakıda kirayə evlər BAHALAŞIR - Qiymətlər açıqlandı

Tarix:Dünən, 12:09
Baxış Sayı:18

Bakıda kirayə evlər BAHALAŞIR - Qiymətlər açıqlandı


Paytaxtda işgüzarlıq səviyyəsi yüksək olan, böyük biznes mərkəzləri olan ərazilərdə kirayə qiymətləri daha yüksəkdir. Premium seqmentdə kirayə qiymətləri ortalama olaraq 2500-3500 manat arasında dəyişir.
Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib.
O, bildirib ki, Mərkəzi Bankın hesablamalarına görə, hazırda ortalama kirayə qiyməti 1002 manatdır:
"Bu o demək deyil ki, ondan aşağı və ya yuxarı qiymətə kirayə mənzil yoxdur. Qeyd olunan rəqəm təqribən 250-300 min manatlıq 2 otaqlı mənzili özündə ehtiva edir. Hazırda paytaxtın mərkəz rayonlarında artım sürəti yüksəkdir. Orta tipli seqmentə aid rayonlarda kirayə qiymətləri stabil olaraq təqribən 600-800 manat arasında dəyişir. Xəzər, Pirallahı və Qaradağ rayonunda isə kirayə qiymətləri 300-450 manat arsasında dəyişir. İl boyu kirayə mənzil qiymətlərində artım gözlənilir. Bu həm də beynəlxalq proseslərlə bağlıdır. Ətrafımızda müharibələr, münaqişələr cərəyan edir. Ölkəmizə gələnlərin sayında dəyişiklik var. Həmçinin, qarşıda mövsümü bahalaşma dövrü var. Bu, 50 min abituriyentin tələbə adı qazanması ilə bağlıdır. Bu, iyul ayından başlayaraq kirayə mənzil bazarında qiymətə ciddi təsir göstərəcək. Düşünürük ki, bu il kirayə seqmenti digər satış seqmentindən daha çox təsirlənəcək və daha çox artıma məruz qalacaq".

DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq:
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
Başlıbel faciəsindən 33 il ötür
Başlıbel faciəsindən 33 il ötür
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?