veten informasiya agentliyi

“Ən yaxşı təqdimat” müsabiqəsinin finalçıları ilə görüş

Tarix:8-04-2026, 22:25
Baxış Sayı:26

“Ən yaxşı təqdimat” müsabiqəsinin finalçıları ilə görüş
“Ən yaxşı təqdimat” müsabiqəsinin finalçıları ilə görüş
“Ən yaxşı təqdimat” müsabiqəsinin finalçıları ilə görüş
“Ən yaxşı təqdimat” müsabiqəsinin finalçıları ilə görüş
“Ən yaxşı təqdimat” müsabiqəsinin finalçıları ilə görüş

Mərkəzi Aran Regional Təhsil İdarəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsində iştirak edəcək şagirdlərlə görüş keçirilib.
Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov, İdarənin əməkdaşları, şagirdlər və onların müəllimləri iştirak edib.
Tədbirdə çıxış edən İdarənin müdir müavini Cavad Cavadov ilk olaraq müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin təhsilin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini, təhsil sahəsinin cəmiyyətdə rolunu və əhəmiyyətini yüksək qiymətləndirdiyini qeyd edib. Daha sonra Cavad Cavadov “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsində iştirak edəcək şagirdləri təbrik edərək onlara uğurlar arzulayıb.
“Ən yaxşı təqdimat” müsabiqəsi müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da genişləndirilməsi məqsədilə həyata keçirilir.
Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsində Mərkəzi Aran RTİ-nin 1 şəhər və 6 rayon üzrə ümumi təhsil müəssisələrində təhsilalan 8 nəfər şagird iştirak etmək hüququ qazanıb.
#MÜTDA #MərkəziAranRTİ #MərkəziAranRTİEduAz #ƏnYaxşıTəqdimat #HeydərƏliyev103İl #Müsabiqə

DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq:
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
Başlıbel faciəsindən 33 il ötür
Başlıbel faciəsindən 33 il ötür
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?