veten informasiya agentliyi

Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə görüş keçirilib

Tarix:8-04-2026, 22:05
Baxış Sayı:22

Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə görüş keçirilib. Görüş idarə müdiri Elçin Kərimovun rəhbərliyi ilə təşkil olunub.
Görüşün əsas məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin səmərəliliyinin artırılması, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi və müəllimlərin peşəkar inkişafının dəstəklənməsi istiqamətində görülən işlərin müzakirəsi və qarşıda duran prioritetlərin müəyyənləşdirilməsi olub.
Tədbir zamanı məktəbdaxili qiymətləndirmələrin təşkili, BSQ-lərin keçirilməsi və nəticələrinin təhlili, diaqnostik qiymətləndirmələrin əhəmiyyəti geniş şəkildə müzakirə edilib. Bununla yanaşı, şagirdlərin bilik və bacarıqlarının inkişafına xidmət edən “BilBacar” müsabiqəsi, Respublika fənn olimpiadaları və fənn müsabiqələri ilə bağlı görülən işlərə toxunulub, bu istiqamətdə məktəblərin fəallığının artırılmasının vacibliyi vurğulanıb.
Görüş çərçivəsində STEAM məşğələlərinin təşkili, dərsdinləmələrin effektiv aparılması və nəticələrinin müzakirəsi, müəllimlər arasında əməkdaşlıq mühitinin gücləndirilməsi məsələləri də diqqət mərkəzində olub. Xüsusilə müəllim inkişafı, həmkardan-həmkara dəstək mexanizmlərinin təkmilləşdirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində konkret tövsiyələr səsləndirilib.
Sonda idarə müdiri tərəfindən qeyd olunub ki, təhsilin keyfiyyətinin artırılması hər bir təhsil işçisinin əsas prioriteti olmalı, bu istiqamətdə sistemli və davamlı fəaliyyət təmin edilməlidir.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq:
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
Başlıbel faciəsindən 33 il ötür
Başlıbel faciəsindən 33 il ötür
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?