veten informasiya agentliyi

Ermənistanda seçicilərin sayı açıqlandı: Görün əhali 5 il ərzində nə qədər azalıb

Tarix:18-02-2026, 10:03
Baxış Sayı:45

Ermənistanda seçicilərin sayı açıqlandı: Görün əhali 5 il ərzində nə qədər azalıb

Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərində seçicilərin sayı 2 milyon 489 min 31 nəfərdir.
Bu, Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi və sonradan seçkiqabağı siyahılarda əks olunduğu məlumatlardır.
Fevralın 17-də MSK bölgələr və bütün respublika üzrə seçicilərin sayını dərc etdi. Bu rəqəmi əvvəlki parlament seçkiləri zamanı dərc olunmuş seçicilərin sayı ilə müqayisə etdikdə görürük ki, bu il seçicilərin sayı təxminən 100 min azalıb. 2021-ci ildə seçki siyahılarındakı seçicilərin ümumi sayı 2,5 milyondan çox, daha dəqiq desək, 2 milyon 583 min 823 nəfər olub.
“Hraparak” nəşri bununla bağlı MSK-ya sorğu göndərib. Amma MSK seçicilərin sayının azalmasının səbəbi ilə bağlı suala cavab verə bilməyib və məlumatların Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti tərəfindən verildiyini bildirib.
Seçicilərin sayının emiqrasiya səbəbindən azalması mümkündürmü?
"Xeyr, 2025-ci ildə sərhəd keçidlərinin sayı müsbət olub", - deyə Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan nəşrə bildirib.
Miqrasiya üzrə ekspert Tatevik Bejanyan Ermənistanda seçicilərin sayının 100 mindən çox azalmasının səbəbi ilə bağlı suala dəqiq cavab verməkdə çətinlik çəkib. O deyib:
“Bu siyahılara vəfat etmiş şəxslər, bu müddət ərzində başqa ölkənin vətəndaşlığını almış və ER vətəndaşlığına xitam vermiş 18 yaşdan yuxarı şəxslər daxil ola bilər”.
Ekspertin sözlərinə görə, seçicilərin sayı yalnız insanlar vəfat etdikdə və ya ER vətəndaşlığına xitam verildikdə azala bilər.
Xatırladaq ki, 2018-ci il növbədənkənar seçkilərində seçicilərin sayı 2.573.779 nəfər idisə, növbəti, 2021-ci il seçkilərində bu rəqəm təxminən 10.000 nəfər artıb.

İranda ballistik raketlərin hazırlanması təklif edilib
İranda ballistik raketlərin hazırlanması təklif edilib
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
​Avropa Parlamenti "Google”dan imtina etdi
​Avropa Parlamenti
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı