veten informasiya agentliyi

İrəvan rəsmən təsdiqlədi: Yeni Konstitusiya bu tarixdə hazır olacaq

Tarix:4-02-2026, 17:14
Baxış Sayı:85

İrəvan rəsmən təsdiqlədi: Yeni Konstitusiya bu tarixdə hazır olacaq

Ermənistanın yeni Konstitusiyasının mətni növbəti altı ay ərzində hazır olacaq.
Bu barədə Ermənistanın Ədliyyə naziri Srbuhi Qalyan çərşənbə günü keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, işin yekun xülasəsi mart ayı üçün planlaşdırılır və müəyyən edilmiş son tarixlər yenidən nəzərdən keçirilməyəcək.
Nazir vurğulayıb ki, "İşimizin nəticələri mart ayında ümumiləşdiriləcək. Əvvəllər müəyyən edilmiş müddətlərdən kənara çıxmayacağıq. O vaxta qədər dərc edəcəyimiz mətn hazır olacaq".
Qalyan qeyd edib ki, yeni Konstitusiyanın mətninin yekunlaşdırılması nazirliyin prioritet fəaliyyət sahələrindən biridir.
Xatırladaq ki, 2025-ci ilin mart ayının sonlarında Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan hakimiyyətinin 2027-ci ildə yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirməyi planlaşdırdığını açıqlamışdı. Baş nazir əlavə etmişdi ki, onun komandası referendumun 2026-cı il parlament seçkiləri ilə paralel keçirilməsinin məqsədəuyğun olacağı qənaətindədir

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi