veten informasiya agentliyi

Bu ölkənin pulu qlobal valyuta olacaq - Dollar dövrü bitir?

Tarix:3-02-2026, 11:00
Baxış Sayı:95

Bu ölkənin pulu qlobal valyuta olacaq - Dollar dövrü bitir?


Qalmaqallı maliyyəçi Ceffri Epşteynə aid açıqlanan sənədlərdə Rusiya rublu ilə bağlı maraqlı proqnoz yer alıb.
ABŞ Ədliyyə Nazirliyinin yaydığı sənədlərdə Epşteynin rublun gələcək qlobal valyuta olacağına inandığı qeyd olunur.
O, Norveçin keçmiş Baş naziri Torbyorn Yaqlanda göndərdiyi elektron məktubda yazıb: “Növbəti həqiqətən qlobal valyuta Çin yuanı deyil, Rusiya rublu olmalıdır”.
Xatırladaq ki, Epşteynə aid minlərlə sənəd, məktub və yazışma ictimaiyyətə açıqlanıb. Həmin materiallarda Donald Trampdan tutmuş Bill Qeytsə qədər bir çox nüfuzlu qlobal fiqurlarla bağlı ittihamedici məqamlar yer alır.
Maliyyəçi çoxsaylı ağır cinayətlərdə, o cümlədən siyasətçilər və iş adamları ilə intim münasibətlər, orgiyaların təşkili və yetkinlik yaşına çatmayanların insan alverinə cəlb olunmasında iştirakda ittiham edilib. Epşteyn 2008-ci ildə fahişəliyə təşviq ittihamı ilə günahını etiraf edib və yetkinlik yaşına çatmayan qızı zorladığı üçün məhkum olunub. O, 2019-cu ildə insan alveri və fahişəliyə təşviq ittihamları ilə yenidən həbs edilib və məhkəmə prosesi başlamazdan əvvəl intihar edib.

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi