veten informasiya agentliyi

Tramp “xilaskar planını” işə saldı: İrana hər an hücum ola bilər

Tarix:8-01-2026, 10:52
Baxış Sayı:106

Tramp “xilaskar planını” işə saldı: İrana hər an hücum ola bilər

İranda davam edən etirazlar fonunda ABŞ-ın hərbi müdaxiləyə əl atacağı haqda gözləntilər aktuallaşır. İsrailin “İran ballistik raket istehsalına yenidən başlayır” açıqlamaları, Trampın “etirazçılar öldürülərsə, müdaxilə edəcəyik” xəbərdarlıqları, ABŞ hərbi təyyarələri və xüsusi təyinatlı qüvvələrinin 12 günlük müharibədən öncə olduğu kimi, yenə Böyük Britaniya və Almaniyaya köçürülməsi haqda yayılan məlumatlar və respublikaçı senatorların çağırışları diqqəti bu istiqamətə yönəldir.

12 günlük müharibədə İranın nüvə obyektlərini, iddia edildiyi kimi tamamilə məhv etməyin mümkün olmaması və Tehranın proqramdan imtina etməməsi hərbi müdaxilə ssenarisini yenidən ön plana çıxarmışdı. İran Avropa ilə alternativ nüvə danışıqları masası qurmağa çalışdı, ardınca Vaşinqtona “ədalətli danışıqlar” təklifi göndərdi. Hər iki cəhdin nəticəsiz qalması fonunda nüvə məsələsi ilə bağlı diplomatik həll variantları yerini hərbi ssenarilərə verir.

Lakin İrana hərbi müdaxilənin indi – daxildə etirazların dalğavari şəkildə böyüdüyü vaxt edilməsi ehtimalı birmənalı qarşılanmır. Çünki ABŞ-ın mümkün hərbi müdaxiləsi rejimin xalq etirazına qarşı zorakılığı klassik “xarici düşmən” təbliğatı ilə legitimləşdirmək imkanlarını gücləndirə bilər. Artıq Trampın xəbərdarlığı bu təbliğatda geniş istifadə olunur. Hərçənd, burada ABŞ-ın etirazçıların simasında “İran xalqının xilaskarı” kimi müdaxilə etməsi detalı əhəmiyyətlidir.

12 günlük müharibədə İranda rejimi dəyişməyin mümkün olmaması İsrailin ABŞ-ı razı sala bilməməsindən daha çox, belə bir şəraitin yoxluğundan qaynaqlanırdı və xalq bunu ölkəyə müdaxilə kimi qəbul etdiyi üçün hakimiyyətin ətrafında birləşdi, hətta rejim əleyhdarları da ya çoxluğa qoşuldu, ya da səssiz qalmağa üstünlük verdi. Mövcud şərtlərdə - etirazların zorakılıqla üzləşdiyi, insanların öldürüldüyü vaxtda hərbi müdaxilə İranda xalq tərəfindən nüvə obyektlərinə zərbə yox, onları rejimdən qorumaq kimi qəbul edilə və dəstəklənə bilər. Bu kontekstdə Vaşinqtonun 12 günlük müharibənin “dərslərinə” istinadən, hərbi müdaxilə ssenarisini “xalqın xilaskarı” obrazında tətbiq etməsi ehtimalı güclənir. Nə qədər uğurlu olacağı isə müzakirə mövzusudur, çünki İran nə Venesueladır, nə də İraq.

Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi
Bağçalara növbəyə yazılma dayandırıldı
Bağçalara növbəyə yazılma dayandırıldı
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
Toy mövsümü bu tarixdən başlayır
Toy mövsümü bu tarixdən başlayır