veten informasiya agentliyi

Quru sərhədlər açıla bilər - Mühüm şərt

Tarix:23-12-2025, 10:25
Baxış Sayı:111

Quru sərhədlər açıla bilər - Mühüm şərt


Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması yenidən quru sərhədlərlə bağlı məsələni gündəmə gətirib. Əksəriyyət sərhədlərin bayram ərəfəsində və ya 2026-cı ilin əvvəlində açılacağını gözləsə də, rəsmi qərar fərqli oldu.

Bəs müddət niyə uzadılır? 1 aprelədək və ya ondan sonrakı dövrdə quru sərhədlərin açılması mümkündürmü?

Bu barədə danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov quru sərhədlərin bağlı qalmasının ciddi səbəbləri olduğunu deyib:

“Bunlar hamıya məlumdur və əsasən təhlükəsizlik məsələləri ilə bağlıdır. Eyni zamanda, müəyyən infeksion xəstəliklərin yayılması riski də nəzərə alınır. Digər tərəfdən, quru sərhədlərin bağlı qalması dövlətlər arasında gediş-gəlişi çətinləşdirir. Bu, xüsusilə Gürcüstanda yaşayan azərbaycanlılar üçün bəzi çətinliklər yaradır. Eyni vəziyyət Rusiya ilə sərhədlərə də aiddir. Türkiyə və İranla əlaqəli də müəyyən narazılıqlar mövcuddur. Lakin çətinliklərə baxmayaraq, əsas prioritet dövlətin və millətin təhlükəsizliyinin təmin olunmasıdır”.

Deputat bildirib ki, quru sərhədlərin qapalı qalması dövlət əhəmiyyətli məsələlərdən qaynaqlanır:

“Təhlükəsizlik amili həmişə birinci planda saxlanılmalıdır. Düşünürəm ki, şərait imkan verdiyi anda dövlət müvafiq qərar qəbul edəcək və quru sərhədlərin açılması təmin olunacaq. Hazırda isə bu addım məqsədəuyğun hesab edilmir”.

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb.

 

Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi
Bağçalara növbəyə yazılma dayandırıldı
Bağçalara növbəyə yazılma dayandırıldı
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
Toy mövsümü bu tarixdən başlayır
Toy mövsümü bu tarixdən başlayır