veten informasiya agentliyi

BMT-də Azərbaycanın bəyanatı səsləndirildi

Tarix:11-09-2025, 10:17
Baxış Sayı:108

 BMT-də Azərbaycanın bəyanatı səsləndirildi


BMT İnsan Hüquqları Şurasının 60-cı sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub.

Məlumatı Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi "X" sosial şəbəkəsində yayıb.

Bəyanatda vurğulanıb ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa, yenidənqurma və şəhərsalma işləri həyata keçirir.

"Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində sosial xidmətlər şəbəkəsinin qurulması, infrastrukturun inkişafı, mənzil və məşğulluq imkanlarının yaradılması, eləcə də qayıdan keçmiş məcburi köçkünlər üçün səhiyyə və təhsil xidmətlərinin təmin olunması istiqamətində addımlar atılır. Artıq 50 mindən çox insan doğma yurdlarına geri dönüb", – bəyanatda qeyd olunub.

Sənəddə həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesində mühüm nəticələrin əldə edildiyi vurğulanıb. Bu kontekstdə 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri və ABŞ Prezidentinin iştirakı ilə Birgə Bəyannamənin imzalanması xüsusi qeyd edilib.

"Birgə Bəyannamədə iki ölkə arasında nəqliyyat və kommunikasiya xətlərinin açılması öhdəliyi nəzərdə tutulur. Bu addım təkcə regiona deyil, daha geniş coğrafiyaya fayda verəcək. Bundan başqa, Azərbaycan və Ermənistan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsini də paraflayıb. Bu sənəd mehriban qonşuluq əlaqələrinin əsasını müəyyən edir. Biz üzv dövlətləri bu səylərə dəstək verməyə çağırırıq", – bəyanatda bildirilib.

İranda ballistik raketlərin hazırlanması təklif edilib
İranda ballistik raketlərin hazırlanması təklif edilib
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
​Avropa Parlamenti "Google”dan imtina etdi
​Avropa Parlamenti
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı