veten informasiya agentliyi

Azərbaycanda bu nazirliklərin birləşəcəyi GÖZLƏNİLİR

Tarix:9-09-2025, 10:26
Baxış Sayı:115

 Azərbaycanda bu nazirliklərin birləşəcəyi GÖZLƏNİLİR

Azərbaycanda dövlət idarəetməsində yeni islahat dalğasının başlanacağı gözlənilir. Məlumata görə, yaxın aylarda iki nazirliyin birləşdirilməsi və bir sıra dövlət komitələrinin ləğvi nəzərdə tutulur. Hələlik detallar açıqlanmayıb və bu istiqamətdə müzakirələrin aparıldığı bildirilir.




Məqsəd dövlət xərclərinin azaldılması, idarəetmənin daha çevik və funksional hala gətirilməsidir.




Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a açıqlamasında deyib ki, institusional islahatlar Azərbaycanın idarəetmə modelində hər zaman prioritet olub:




"Əvvəlki dövrlərdə bəzi qurumların birləşməsi, həm də yeni qurumların yaradılmasını müşahidə etmişik.  İslahatların fəlsəfəsinə, həm də yerli və qlobal çağırışlara uyğun olaraq, bu istiqamətdə qərarlar verilir. Biz struktur islahatlarının hər zaman prioritet olduğunu görürük. Bununla bağlı  hökumətdə qiymətləndirmələr aparıldıqdan sonra qərarlar verilir.  Ümumiyyətlə, idarəetmədə çevikliyin artırılması üçün  institusiyonal islahatların davamlılığı, həm də elektron xidmətlərdən daha çox istifadə əsas hədəflərdəndir".




Deputat qeyd edib ki, bu istiqamətdə işlər davam edir: "Çünki iqtisadiyyat ağarması, islahatların dərinləşməsi, institusional idarətetmədə də yeni baxışı zəruri edir. Bu kontekstdən iqtisadi islahatlar davam edir. Ona görə də növbəti dövrlərdə də belə islahatların həyata keçirilməsini görəcəyik".




Azərbaycanda dövlət strukturlarının optimallaşdırılması prosesi yeni deyil. Məsələn, 2019-cu ildə Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ləğv edilərək İqtisadiyyat Nazirliyinə birləşdirilib.




Ekspertlərin fikrincə, bu dəfə də oxşar mexanizmlər tətbiq oluna bilər, bəzi paralel funksiyaları olan qurumların birləşdirilməsi, səmərəliliyi artırmaq və büdcə xərclərini azaltmaq üçün əsas vasitə kimi nəzərdə tutulur.




Yeni struktur qərarlarının yaxın aylarda elan ediləcəyi gözlənilir.

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı