veten informasiya agentliyi

Qaxda "Beynəlxalq Ailə Günü" qeyd edilib

Tarix:19-05-2025, 11:02
Baxış Sayı:167

Qaxda "Beynəlxalq Ailə Günü" qeyd edilib
Qaxda "Beynəlxalq Ailə Günü" qeyd edilib
Qaxda "Beynəlxalq Ailə Günü" qeyd edilib
Qaxda "Beynəlxalq Ailə Günü" qeyd edilib
Qaxda "Beynəlxalq Ailə Günü" qeyd edilib
15 may 2025-ci il tarixdə Qax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq Ailə Günü" münasibətilə "Ailə kiçik bir dünyadır" tədbir keçirilib.
Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, Qax rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, YAP fəalları, şəhid və qazi ailələri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edənlər bildirib ki, Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, ailələrin sosial problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görmüş, ailə münasibətlərini tənzimləyən zəngin hüquqi baza yaratmışdır. Bu münasibət indi də cənab Prezident İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir.
Arzu Dunusova, Fərid Kərimov, Xuraman Camalova, Lalə İlyasova, Əfraim Yəhyayev və "Şvitkatso" Xalq xorununu ifaları, "Tumurcuq" rəqs qrupunun çıxışı, səslənən bədii qiraət nümunələri tədbirə xüsusi rəng qatıb.
#ailəgünü #mədəniyyət #İncəsənət #musiqi

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi