veten informasiya agentliyi

"Tarixin izində" adlı intellektual yarış keçirilib

Tarix:17-03-2025, 12:42
Baxış Sayı:160

"Tarixin izində" adlı intellektual yarış keçirilib
"Tarixin izində" adlı intellektual yarış keçirilib
"Tarixin izində" adlı intellektual yarış keçirilib
"Tarixin izində" adlı intellektual yarış keçirilib
"Tarixin izində" adlı intellektual yarış keçirilib
Balakən rayon Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Balakən rayon Komitəsi və Balakən rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə məktəblərarası "Tarixin izində" adlı intellektual yarış keçirilib.
İ.Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən yarışda tarix üzrə fəlsəfə doktoru-alim Akif Məmmədli, Balakən rayon Təhsil sektorunun nümayəndəsi Sevinc İbadova, təhsil işçiləri və şagirdlər iştirak edib.
Çıxış edənlər ölkəmizin tarixi keçmişinin öyrənilməsi və təbliğinin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə keçirilən intellektual yarışların tarixi mövzular üzrə maariflənmədə xüsusi rola malik olduğunu qeyd ediblər.
İki mərhələ üzrə ümumilikdə 30 sualdan ibarət olan intellektual yarışın nəticələrinə əsasən, I yeri Nizami Gəncəvi adına şəhər 1 nömrəli tam orta məktəbin "Nizami cədid", II yeri Talalar kənd 1 nömrəli tam orta məktəbin "Zaman", III yeri isə Humanitar və texniki təmayüllü liseyin "Suqovuşan" komandası tutub.
Sonda I yerə layiq görülmuş komandaya diplom, medal və kubok, digər komandalara isə diplom və medallar təqdim olunub.

İranda ballistik raketlərin hazırlanması təklif edilib
İranda ballistik raketlərin hazırlanması təklif edilib
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
​Avropa Parlamenti "Google”dan imtina etdi
​Avropa Parlamenti
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı