veten informasiya agentliyi

Bir milyonluq ordu hərəkətə keçəcək, hücum Zəngəzurdan olacaq - SENSASİON DETALLAR

Tarix:16-01-2025, 19:08
Baxış Sayı:183

Bir milyonluq ordu hərəkətə keçəcək, hücum Zəngəzurdan olacaq - SENSASİON DETALLAR“İrana hücum üçün bir milyondan çox hərbi qüvvə bu ölkəni mühasirəyə almalıdır. İranı mühasirəyə almaq üçün hansı ölkələrdən istifadə edəcəklər? Quru qoşunları və hərbi texnika Ermənistan ərazisindən keçməlidir”.

Bu barədə təhlükəsizlik üzrə erməni ekspert Hayk Nahapetyan ABŞ-Ermənistan strateji tərəfdaşlıq sənədinin imzalanması və ABŞ qüvvələrinin Ermənistan ərazisinə yerləşdirilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, hər bir ölkənin İrana qarşı müharibədə hansı mövqe tutacağına qərar verməsinin vaxtı çatıb.

“Paşinyan da qərarını verib və şübhəsiz ki, o və komandası İrana qarşı müharibə üçün Ermənistanın bütün resurslarınndan istifadə edəcək. İran yaxşı silahlanıb, bu ölkə İraq deyil. İranda quru əməliyyat keçirmək və işğal etmək üçün 1 milyon əsgər lazımdır ki, bu da 5-6 ay çəkəcək.

Gələn həftə Ermənistana gələcək ABŞ-ın gömrük və sərhəd mühafizəsi komandası bu prosesin başlanğıcıdır. Paşinyan Sünikin (Zəngəzur-red) qapılarını ilk növbədə hərbi baxımdan açıb. Onun Rusiya qoşunlarını Sünikdən çıxarması təsadüfi deyil. ABŞ-a Pentaqonun Ermənistanda tam olması lazımdır. Paşinyan ordumuzu tamamilə Amerika ordusunun modelinə uyğunlaşdırır. Pentaqonun nümayəndəsi bir ildən artıqdır ki, bizim Müdafiə Nazirliyində oturub”, - o bildirib.

Nahapetyan hesab edir ki, İran təhlükəni gördüyü vaxt həm Ermənistan ərazisinə, həm də hakimiyyət orqanlarına zərbələr endirə bilər.

Qazın qiyməti UCUZLAŞDI
Qazın qiyməti UCUZLAŞDI
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
İranlı futbolçulara ABŞ vizası verilib
İranlı futbolçulara ABŞ vizası verilib
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Trampdan İrana sərt mesaj
Trampdan İrana sərt mesaj
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?