veten informasiya agentliyi

"Sözün mənası" adlı yubiley tədbiri keçirilib

Tarix:4-01-2025, 14:02
Baxış Sayı:206

 "Sözün mənası" adlı yubiley tədbiri keçirilib
 "Sözün mənası" adlı yubiley tədbiri keçirilib
 "Sözün mənası" adlı yubiley tədbiri keçirilib
 "Sözün mənası" adlı yubiley tədbiri keçirilib


28.12.2024-cü il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzi, 2 nömrəli Uşaq Musiqi məktəbi, 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist Nəbi Xəzrinin 100 illiyi münasibəti ilə "Sözün mənası" adlı yubiley tədbiri keçirilib.
Tədbirdə Şəki-Zaqatala RMİ-nin əməkdaşları, müəssisə rəhbərləri, mədəniyyət işçiləri və şəhər içtimaiyyəti iştirak edib.
Görkəmli xalq şairinin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş edilib, 2 nömrəli Uşaq Musiqi məktəbinin müəllimlərinin ifasında Nəbi Xəzri şeirlərinə bəstələnmiş musiqi nümunələri səsləndirilib.
Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.
Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr vermişdir. Poeziyasının dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaratmışdır. Xalqımızın tanınmış sənət ustalarının repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olmuşdur.
Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə — "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülmüşdür.
İllər və sahillər" (1969), "Ulduz karvanı" (1979), "Nəsillər-əsrlər" (1985), "Ağ şimşəklər" (1986), "Torpaq sənə and içirəm" (1989), "Ömür çinarından yarpaqlar" (1995), "Əsrin qanlı laləsi" (1996) və s. kitabların müəllifidir.
#poeziya #mədəniyyət #şair

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi