veten informasiya agentliyi

Suriyada əsas valyuta kimi türk lirəsi istifadə olunur

Tarix:13-12-2024, 09:33
Baxış Sayı:230

Suriyada əsas valyuta kimi türk lirəsi istifadə olunur

Suriyada "Baas" rejiminin devrilməsindən sonra ölkə valyutası olan funt rekord dərəcədə dəyərdən düşüb.

Bunu müvəqqəti hökumətin başçısı Məhəmməd əl-Bəşir İtaliyanın "Corriere della Serra" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə hazırda Suriya funtu heç dəyərindədir.

Məhəmməd əl-Bəşir müvəqqəti hökuməti Əsəd rejimindən qalma dırnaqarası miras kimi təqdim edib. Bildirib ki, bazarda valyuta böhranı yaşandığı zamanda müvəqqəti hökumət azad bazar sisteminə keçid planları hazırlayır.

Məlumata görə, Suriya valyutasının böyük dəyər itirməsindən sonra Türkiyə lirəsi və dollara sürətli keçid prosesi başlayıb.

Xarici KİV-ə müsahibə verən suriyalıların sözlərinə görə, onlar ölkə ərazisində gündəlik ödənişlərini türk lirəsi ilə həyata keçirirlər.

Məlumat üçün deyək ki, Bəşər Əsəd iyunun 20-də ölkədə Suriya funtundan başqa bütün valyutaları qadağan edən qanunu təsdiqləmişdi. Bu qanuna görə, Suriya vətəndaşları istənilən məhsul və ya xidmət üçün yanlız Suriya funtundan istifadə etməli idilər.

Qadağaya əməl etməyən şəxslər isə həbs edilmişdilər.

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi