veten informasiya agentliyi

Sərxoş bələdiyyə sədri məsciddə qadınla yaxalandı - Masallıda kütləvi narazılıq

Tarix:9-06-2017, 14:14
Baxış Sayı:922

Sərxoş bələdiyyə sədri məsciddə qadınla yaxalandı - Masallıda kütləvi narazılıq

















Masallı rayon Hüseynhacılı kəndində sakinlərin hiddətinə səbəb olan hadisə baş verib.

Kənd sakinləri "Qafqazinfo”ya göndərdikləri müraciətdə bələdiyyə sədri olan Rafiq Ağayevdən şikayətçi olublar.

Sakinlər bildirir ki, mayın 20-də axşam namazından sonra bələdiyyə sədri Rafiq Əliyev sərxoş vəziyyətdə yanında yüngül əxlaqlı qadınla kəndin məscidində olub:

"O, həmin qadınla birgə Allahın evində pivə içib və onunla əylənib. Kənd sakinləri qadının kimliyini bilsələr də, etik baxımından həmin şəxsin adını müraciətə salmayıblar. Bu hadisəyə isə iki nəfər şahid olub.

Bələdiyyə sədrinin bu hörmətsizliyi, əxlaqsızlığı kənddə və rayon camaatında kütləvi narazılığa səbəb olub.

R. Ağayevin cəzalandırılması üçün tərəfimizdən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə də müraciət edilib. Həmin qurumun nümayəndəsinin, kənd ağsaqqallarının, axundlarının və 50-yə yaxın sakinin iştirakı ilə toplantı keçirilib. Toplantıda şahidlər danışıb və fakt sübuta yetirilib. R. Ağayev də kənd sakinlərinin sorğu-sualı nəticəsində təqsirini etiraf edib. O, əvvəllər də bu cür hərəkətlərə yol verib. Məhərrəmlik ayında gəlib deyirdi ki, məscidə gələnlərdən 3 manat pul alın. Bir məsələni də vurğulayaq ki, sədr Öncəqala kəndində yaşasa da, öz əxlaqsız hərəkətlərini bizim kəndin məscidində edib. Bu cür əməllərindən artıq bezmişik.

Bütün bunlara baxmayaraq bələdiyyə sədri ilə bağlı bu günə kimi heç bir tədbir görülməyib. Əgər o cəzalandırılmazsa, həmin mənəviyyata sahib olan adamlara da bu hadisə pis örnək olacaq. Kiçik bir kənddə baş vermiş bu xoşagəlməz hadisə Azərbaycanın digər rayonlarına, kəndlərinə də sirayət edə bilər.

Kənd ağsaqqallarının sözlərinə görə, müvafiq qurumlara, ölkə başçısına müraciətdən sonra polis tərəfindən onlara təzyiqlər edilir. Hadisəyə şahid olan iki cavan gəncimizi polis şöbəsinə apararaq işgəncə veriblər. Bizdən məsələni qabartmamağı, bu işdən əl çəkməyimizi tələb edirlər. Əks halda, daha böyük işgəncələr edəcəklərini bildirirlər. Biz başa düşmürük ki, Allahın evinə hörmətsizlik edən, içki içən, orada əxlaqsız hərəkətlərlə məşğul olan bir bələdiyyə sədrini polis və icra orqanları niyə qoruyur? Guya, biz onu şantaj edirik? Uşaqları aparıb yenə döymək istəyirlər".

Artıq Masallı icra başçısı Rafil Hüseynov da bələdiyyə sədri ilə bağlı yaranmış narazılığı araşdırmaq üçün kəndə baş çəkib.

Qeyd edək ki, məlum olaya görə kənd sakinləri ölkə rəhbərliyinə də müraciət edib. Müraciəti imzalayan şəxslərin siyahısı da redaksiyamıza göndərilib.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi