veten informasiya agentliyi

Nazir Məcnun Məmmədov Belarus Respublikasının nümayəndə heyəti ilə görüşüb

Tarix:5-09-2024, 20:24
Baxış Sayı:341

Nazir Məcnun Məmmədov Belarus Respublikasının nümayəndə heyəti ilə görüşüb
Nazir Məcnun Məmmədov Belarus Respublikasının nümayəndə heyəti ilə görüşüb
Nazir Məcnun Məmmədov Belarus Respublikasının nümayəndə heyəti ilə görüşüb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Belarus Respublikasının xarici işlər nazirinin müavini İqor Nazarçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə nazirliyin rəhbər şəxsləri, Belarus Respublikasının müxtəlif dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.
Qonaqları salamlayan nazir Məcnun Məmmədov bildirib ki, ölkəmiz Belarusla kənd təsərrüfatı sahəsində əməkdaşlığa mühüm əhəmiyyət verir. İki ölkə rəsmilərinin qarşılıqlı səfərləri zamanı əsas müzakirə mövzularından birinin aqrar sahədə əməkdaşlığı genişləndirmək olduğunu xatırladan nazir bu istiqamətdə davamlı iş aparıldığını vurğulayıb. Azərbaycanın Belarusun aqrar şəhərciklər və aqrar-sənaye komplekslərinin salınması təcrübəsinə böyük maraq göstərdiyini deyən nazir kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsi həcminin artırılması üçün böyük potensial olduğunu bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Belarus Respublikasının xarici işlər nazirinin müavini İqor Nazarçuk iki ölkə arasında kənd təsərrüfatı sahəsində ənməkdaşlığın artan temp üzrə inkişaf etdiyini bildirib. May ayında Bakıda keçirilən 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro”da ölkəsinin xüsusi pavilyonla təmsil olunduğunu və Azərbaycan nümayəndə heyətinin “Belagro” sərgisində iştirak etdiyini xatırladan nazir müavini bu cür platformaların qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət etdiyini deyib. İqor Nazarçuk bildirib ki, hər iki ölkənin aqrar sahənin müxtəlif istiqamətlərinə dair zəngin təcrübəsindən qarşılıqlı faydalanmaq istəyi Azərbaycanla Belraus arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da genişləndirməyə imkan verir.
Görüşdə Azərbaycan Respublikası və Belarus Respublikası arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın aktual mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi