veten informasiya agentliyi

“İdman Həftəsi” çərçivəsində rayonun idman ictimaiyyəti ilə görüş keçirilmişdir

Tarix:6-03-2024, 15:52
Baxış Sayı:310

“İdman Həftəsi” çərçivəsində rayonun idman ictimaiyyəti ilə görüş keçirilmişdir
“İdman Həftəsi” çərçivəsində rayonun idman ictimaiyyəti ilə görüş keçirilmişdir
“İdman Həftəsi” çərçivəsində rayonun idman ictimaiyyəti ilə görüş keçirilmişdir


05 mart 2024-cü il tarixində Qobustan İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "5 Mart-Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə “İdman Həftəsi” çərçivəsində rayonun idman ictimaiyyəti ilə görüş keçirilmişdir.

Tədbirdə Regional İdarənin Qobustan rayonu üzrə gənclər və idman sektorunun müdiri Qadir Əkbərov rayonda fəaliyyət göstərən idman yönümlü təşkilatların, klubların nümayəndələri, bədən tərbiyəsi və idman müəllimləri, yüksək nailiyyətlər qazanmış idmançılar iştirak etmişdir.

Qobustan rayonu üzrə gənclər və idman sektorunun müdiri Qadir Əkbərov tədbiri açıq elan etmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Qeyd olunmuşdur ki, 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və avropa çempionatlarının qaliblər ilə görüşüb və həmin tədbirdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strateji istiqamət müəyyənləşdirilib. Bu görüşün Azərbaycanın idman həyatında dönüş nöqtəsi olduğuna görə Prezident Cənab İlham Əliyevin 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən hər il martın 5-i Azərbaycanda “Bədən Tərbiyəsi və İdman günü” kimi qeyd olunmağa başladı.

Tədbirdə gənc idmançılar ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirmişlər.
Sonda rayonun idman həyatında fəal iştirak edən məşqçi-müəllimlər və idman yarışlarında nailiyyət qazanmış idmançılar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif olunmuşlar.

#AZEgənclər #AZEidman #birkimibirlikdə

DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq:
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
Başlıbel faciəsindən 33 il ötür
Başlıbel faciəsindən 33 il ötür
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?