veten informasiya agentliyi

Kamran Nəbizadə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti seçilib

Tarix:28-09-2023, 17:00
Baxış Sayı:487

Sentyabrın 28-də Azərbaycan Ağırlıqqaldırma Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Sonra Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olunub.

Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının fəaliyyəti barədə hesabat dinlənilib, rəy və təkliflər səsləndirlib. Federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər də səsvermə ilə qəbul edilib.

Onlardan biri Azərbaycan Ağır Atletika Federasiyasının adının dəyişdirilməsi olub. Qurumun rəsmi şəkildə Azərbaycan Ağırlıqqaldırma Federasiyası adlandırılması qərarı qəbul edilib.

Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə federasiyanın yeni prezidenti seçilib.

Yığıncaqda həmçinin Firdovsi Umudov və Mirsəməd Mövsümzadə federasiyanın vitse-prezidenti vəzifələrinə seçiliblər.

Yığıncaqda Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb. Tədbirin sonunda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib, uğurlar arzulayıb.

Azərbaycan Ağır Atletika Federasiyası

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı