veten informasiya agentliyi

Dünya Bankının yeni ölkə meneceri ilə görüş olub

Tarix:16-09-2023, 12:34
Baxış Sayı:408

Dünya Bankının yeni ölkə meneceri ilə görüş olub
Dünya Bankının yeni ölkə meneceri ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev S.Stallmeisteri yeni təyinatı münasibətilə təbrik edərək, Nazirliklə Dünya Bankının uğurlu əməkdaşlıq təcrübəsini, ötən dövrdə birgə icra olunan layhələrin əhəmiyyətini diqqətə çatdırıb.

Xüsusilə “Məşğulluğa Dəstək Layihəsi”nin ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində, həssas qrupların kiçik biznesə çıxışının dəstəklənməsində mühüm rolu vurğulanıb. 22 min işsiz şəxsin özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatlarının qurulmasına hədəflənən layihənin məşğulluq xidmətlərinin və proqramlarının təkmilləşdirilməsində də dəstək olduğu qeyd edilib.

Son illər ölkəmizdə aparılan sosial islahatlar və əldə olunan nailiyyətlər, həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, aktiv məşğuluq proqramlarının genişləndirilməsi işləri və s. barədə məlumat verilib.

S.Stallmeister ötən dövrdə səmərəli əməkdaşlığın həyata keçirilməsinin məmnunluq doğurduğunu vurğulayıb. Görüşdə cari əməkdaşlıq gündəliyinə, “Məşğulluğa Dəstək Layihəsi”nin icrası işlərinə və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi