veten informasiya agentliyi

“Əmək və Məşğulluq” altsistemi BMT-nin Cənub-Cənub əməkdaşlığı platformasında uğurlu innovativ həll nümunəsi kimi təqdim edilib

Tarix:6-07-2023, 15:06
Baxış Sayı:420

“Əmək və Məşğulluq” altsistemi BMT-nin Cənub-Cənub əməkdaşlığı platformasında uğurlu innovativ həll nümunəsi kimi təqdim edilib
Azərbaycanın sosial sahədə rəqəmsallaşma layihəsinin növbəti beynəlxalq uğuru olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” (ƏMAS) altsistemi BMT-nin Cənub-Cənub əməkdaşlığı platformasında uğurlu innovativ həllərdən biri kimi təqdim edilib.

Bu platformanın rəsmi internet səhifəsində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə doğru üzv ölkələrin qabaqcıl təcrübələri paylaşılır və həmin təcrübələr sırasında ƏMAS-la bağlı ətraflı məlumat da yer alıb (https://my.southsouth-galaxy.org/en/solutions/detail/unified-labour-employment-subsystem).

Dərc olunan məqalədə ƏMAS-ın beynəlxalq standartlara cavab verən, işəgötürənlər və işçilər üçün vahid əmək münasibətləri platforması olaraq əmək bazarı iştirakçılarına dəyərli dəstək verən uğurlu rəqəmsal həll yolu olduğu vurğulanır.

Bu elektron sistemin əmək münasibətlərində şəffaflığın və müasir iş prinsiplərinin təminatında, məşğulluq xidmətlərinin səmərəliliyinin, çevikliyinin və bu xidmətlərə, iş imkanlarına əlçatanlığın artırılmasında, insan resurslarının effektiv idarəçiliyində mühüm rolu qeyd olunur. ƏMAS-ın digər üstünlükləri, funksional imkanları, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması işlərində əhəmiyyəti diqqətə çatdırılır.

Bundan əvvəl ƏMAS və Nazirliyin digər rəqəmsal layihəsi olan e-sosial.az portalı Beynəlxalq Telekommunikasiya İttifaqının bu ilin fevral ayında keçirdiyi, müxtəlif ölkələrdən 18 kateqoriya üzrə 900 layihənin iştirak etdiyi müsabiqədə “Çempion layihə” mükafatlarına da layiq görülüblər.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi