veten informasiya agentliyi

Biləsuvarda keçirilən əməliyyatlarda 12 kiloqrama yaxın narkotik və silah aşkarlanıb

Tarix:3-03-2023, 17:00
Baxış Sayı:583


Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakinləri Elmir Salmanov və Kamran Dadaşzadə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində saxlanılıblar. Elmir Salmanovun üzərindən və Kamran Dadaşzadəyə məxsus avtomobildən 12 kiloqram narkotik, o cümlədən 5 kiloqram psixotrop maddə metamfetamin, 5 kiloqram tiryək, 2 kiloqrama yaxın həşiş qətranı, heroin, marixuana və 400 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat nəticəsində saxlanılan rayon sakini Elgün Həsənovdan isə 1 ədəd “PA-63” markalı tapança, həmin silaha aid sandıqça, 6 ədəd patron və 1 ədəd gecəgörmə cihazı aşkarlanaraq götürülüb.
Qeyd edək ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son 1 ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 20 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 25 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.

İranda ballistik raketlərin hazırlanması təklif edilib
İranda ballistik raketlərin hazırlanması təklif edilib
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
​Avropa Parlamenti "Google”dan imtina etdi
​Avropa Parlamenti
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı