veten informasiya agentliyi

AzTU-da yeni təyinat

Tarix:12-01-2023, 15:34
Baxış Sayı:558

AzTU-da yeni təyinat
AzTU-da yeni təyinat
AzTU-da yeni təyinat
AzTU-da yeni təyinat



Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) növbədənkənar iclası keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədr müavini Mirzə Cəfərzadə bildirib ki, AzTU HİK-in sədri İlham Aslanzadə öz istəyi ilə vəzifəsindən ayrıldığı üçün iclasda yeni sədrin seçilməsi məsələsinə baxılacaq.

İclasda yeni sədr vəzifəsinə AzTU-nun Mexatronika və maşın dizaynı kafedrasının müəllimi Elvin Bəxtiyarlının namizədliyi irəli sürülüb. Qeyd olunub ki, Elvin Bəxtiyarlı uzun illər AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb və onun bu sahədə kifayət qədər təcrübəsi var. Komitə üzvlərinin yekdil rəyi ilə Elvin Bəxtiyarlı AzTU HİK-in yeni sədri seçilib. AzTU-nun rektoru Vilayət Vəliyev yeni sədrə uğurlar arzulayıb. Bildirib ki, universitetin Həmkarlar İttifaqı fəaliyyətini sistemli şəkildə qurmalıdır. Əməkdaşların hüquqlarının müdafiəsi, onların asudə vaxtlarının səmərəli təşkili, əməyin və sağlamlığın mühafizəsi sahəsində işlərin müasir standartlar səviyyəsində aparılması dövrün tələbidir. Bu mənada Həmkarlar İttifaqının məsuliyyəti böyükdür. Rektor uzun illər bu sahədə təcrübəsi olan Elvin Bəxtiyarlının təyinatının təqdirəlayiq addım olduğunu qeyd edib.


--
Hörmətlə,

Sevinc İsgəndərova
Azərbaycan Texniki Universitetinin mətbuat katibi

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı