veten informasiya agentliyi

“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlər verilib

Tarix:29-12-2022, 17:56
Baxış Sayı:424

“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlər verilib
“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlər verilib
“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlər verilib
“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlər verilib

“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsinə başlanıb. Layihə çərçivəsində bütün mərhələləri uğurla başa vuran Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunları seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin edilib. Aktivlərin verilməsi prosesinin növbəti ilin ilk aylarında da davam etdirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” layihəsinin məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsidir. Hazırda Cəlilabad, Ağdam və Qəbələ rayonlarında layihənin icrası davam edir. Layihə dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələri əhatə edir.
Qeyd edək ki, 2021-2023-cü illəri əhatə edən “Gənclərin biznes emalatxanası” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA), İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı