veten informasiya agentliyi

Beyləqanın başçısı bələdiyyə sədrinə sahib çıxmadı, həbsi gözlənilir - Dosye

Tarix:24-05-2017, 10:21
Baxış Sayı:757

Beyləqanın başçısı bələdiyyə sədrinə sahib çıxmadı, həbsi gözlənilir - Dosye

















Beyləqan rayonunda bələdiyyə sədri barəsində cinayət işi başlana və həbs edilə bilər

Onun özbaşınalığı insidentə səbəb olub.

Hadisə rayonun İmamverdilər kəndində torpaq üstündə baş verib.

Belə ki, kənd sakini Rasim Əliyev ona məxsus pay torpağın həmkəndliləri tərəfindən qeyri-qanuni zəbt edilməsi barədə aidiyyəti qurumlara müraciət edib. Bu səbəbdən də bələdiyyə sədri və kənd sakinləri arasında mübahisə yaranıb.

Mübahisə sonradan bələdiyyə sədri Əfqan Bəşirov, onun qardaşı Anar Bəşirov, torpağı qeyri-qanuni yolla zəbt edən Bəhrəm, Nofər və Mübariz Abdullayev qardaşları ilə ərazinin qanuni sahibi olan Rasim Əliyev, qardaşı Vüqar Əliyev və əmisi oğlu Rafiq Tağıyev arasında davaya çevrilib.

Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

İddia olunur ki, bələdiyyə sədri həmin ərazını Əliyevlə yanaşı Abdullayevlərə də veribmiş və bu da mübahisəyə səbəb olub.

Ulus.Az-ın məlumatına görə, Ə.Bəşirov barəsində tədbir görüləcəyi deyilir və rayon icra başçısı da ona sahib çıxmayıb.

Zərərçəkən Rasim Əliyev hadisənin necə baş verdiyini danışıb: "Ədliyyənin işçisi gəldi, dedim ki, bizim işimiz burada deyil, sahədədir. Gəlin gedək sahəyə baxaq.

Bizim otlaq sahələrimiz əkilib, öz pay torpaqlarımıza girməyə yol yoxdur. Dedi ki, mən sahəni yoxlamağa gəlməmişəm. Mən imzaları yoxlamağa gəlmişəm. Dedim ki, bizim sahələrimizə baxmayacaqsınızsa, şikayətimizlə maraqlanmayacaqsınızsa, niyə gəlmisiniz?

Çıxanda Əfqan Bəşirovun qayınları, mühasib, İkram Tağıyev, Bəhramxan Abdullayev, Mübariiz Abdullayev, Anar Bəşirov bizi saldılar təpik-yumruğun altına. Regional idarənin nümayəndəsi gəldiyi maşına oturub getdi. Demədi ki, bunları niyə qırırsınız?”

Beyləqan rayon mərkəzi xəstəxanasından bildiriblər ki, yaralılardan birinin vəziyyəti ağırdır. Zərərçəkənlərdən kimisinin dişi düşüb, kimisinin çənəsi sınıb, kimisinin də gözü göyərib. Xəstəxanaya müraciət edən 10 nəfərdən 7 nəfəri ambulator müalicə aldıqdan sonra evə buraxılıb.

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı