veten informasiya agentliyi

“Gənc Fermer” Ümumrespublika Biznes Oyunu layihəsinin bağlanış mərasimi keçirilib

Tarix:15-11-2022, 16:59
Baxış Sayı:530

"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Beynəlxalq Bankının (ABB) dəstəyi ilə “Gənc Fermer” Ümumrespublika Biznes Oyunu layihəsinin bağlanış mərasimi keçirilib.
Aqrar sahədə ilk dəfə reallaşan “Gənc Fermer” Ümumrespublika Biznes Oyunu layihəsinin bağlanış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov və ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli iştirak edib.
Layihənin əsas məqsədi gənclərin aqrar biznesdə bilik və bacarıqlarının artırılması olub. Müsabiqə müddətində iştirakçılara layihələrin hazırlanma qaydaları öyrədilib, innovativ kənd təsərrüfatı üzrə təlimlər keçirilib və təsərrüfatlara səfərlər təşkil olunub. Layihənin ilkin mərhələsi Tovuz, Lənkəran, Göygöl, Şamaxı rayonları və Gəncə, Bakı şəhərini əhatə edib.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən Tovuz, Lənkəran, Şamaxı, Göygöl rayonları, Bakı və Gəncə şəhərlərindən olan qalib komandalar finala vəsiqə qazanıb.
Bağlanış mərasimində gənc komandaların hazırladıqları layihələrin təqdimatı keçirilib, münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib. “AgroSmart” layihəsi I, “AgroApp” layihəsi II, “Üzümçü” layihəsi III yerə layiq görülüb.
“AgroSmart” layihəsi istixanaların ağıllı idarəetmə sistemi ilə təmin edilməsini ehtiva edir. Bu layihə çərçivəsində ağıllı idarəetmə sisteminin tətbiqi fermerlərə suvarma və havalandırma sistemləri, torpağın nəmlik dərəcəsi, suyun PH faizi, havanın rütubət parametrlərini idarə və tənzimləməyə imkan verir.
“AgroApp” layihəsində fermerlərin işini asanlaşdıracaq mobil tətbiqin yaradılması nəzərdə tutulur. Bu mobil tətbiq vasitəsilə fermerlər onlayn məsləhət xidmətindən istifadə etməklə yanaşı, məhsuldarlığın artırılması üçün təcrübə mübadiləsi apara bilər. Üstəlik, mobil tətbiq onlayn koorporativlərin yaradılması istiqamətində faydalı sayılır.

“Üzümçü” layihəsində isə üzüm toxumundan orqanik yağların istehsalına xüsusi diqqət yetirilib. Bu layihə hər il şərab istehsalı zamanı tullantıya çevrilən üzüm toxumlarından səmərəli istifadə etməklə təbii yağ məhsullarının istehsalının artırılmasına istiqamətlənib.
Qeyd edək ki, qalib komandalara pul mükafatı, sertifikat və hədiyyələr təqdim edilib.

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı