veten informasiya agentliyi

Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib

Tarix:3-11-2022, 18:26
Baxış Sayı:377

Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları Şurasının rəhbər şəxsləri və əməkdaşları arasında onlayn formatda toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan Pakistan Kənd Təsərrüfatı Tədqiqatları Şurasının sədri, professor Qulam Məhəmməd Əli bildirib ki, çəltik dünya əhalisinin qidaya artan tələbatının ödənilməsində mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən çəltik Pakistanın kənd təsərrüfatında strateji bitki hesab olunur. Bu görüş bu sahənin daha da inkişaf etdirilməsinə gətirib çıxaracaq.
Tədbirdə çıxış edən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev çəltik bitkisinin tәsərrüfat әhәmiyyәti, ərzaq təhlükəsizliyində rolu, çəltikçilik sahəsində görülən işlər, ölkəmizdə çəltikçiliyə göstərilən dövlət dəstəyi barədə tədbir işrakçılarına məlumat verib.
Daha sonra çıxış edən Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov bildirib ki, kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişaf etdirilməsi, əhalinin düyüyə olan tələbatının daxili istehsal hesabına ödənilməsi, çəltikçilik sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi istiqamətində son illərdə bir sıra əhəmiyyətli tədbirlər görülüb. Qeyd olunub ki, Azərbaycanda aqrar sahənin inkişafı, o cümlədən çəltik istehsalının artırılması üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir.
Tədbirdə Azərbaycanda çəltikçiliyin mövcud vəziyyəti ilə bağlı təqdimatlar olub. Təqdimat ətrafında geniş müzakirələr aparılıb. Yeni çəltik sortlarının yaradılması, toxumçuluq sisteminin təşkili və kadr hazırlığı sahəsində Pakistanla əməkdaşlıq imkanları araşdırılıb. Sonda çəltikçilik sahəsində əməkdaşlığın davam etdirilməsi məqsədilə hər iki tərəfdən əlaqələndirici qurumların müəyyən edilməsi və əlaqələrin koordinasiya edilməsi barədə razılığa gəlinib.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi