veten informasiya agentliyi

Bu ilin 9 ayında “Könüllü DOST” proqramına daha 828 nəfər cəlb edilib

Tarix:24-10-2022, 17:39
Baxış Sayı:390

Bu ilin 9 ayında “Könüllü DOST” proqramına daha 828 nəfər cəlb edilib
Ötən dövrdə 2 536 nəfər proqramda iştirak edib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin “Könüllü DOST” proqramına bu ilin 9 ayında 25 277 müraciət olub və proqrama daha 828 nəfər cəlb edilib.

“Könüllü DOST” proqramı "Gənc DOST", "Gümüşü DOST", “Korporativ DOST”, “İnklüziv DOST” və "Distant DOST" altproqramları əhatə edir.

DOST könüllüləri DOST mərkəzlərində vətəndaş məmnunluğuna uyğun xidmətlərin göstərilməsinə öz dəstəyini verirlər. Onlar mərkəzlərdə vətəndaşların qarşılanması, məlumatlandırılması, xidmət pəncərələrinə yönləndirilməsi, onlara e-sistemlərdən istifadədə, anket, forma doldurulmasında kömək göstərilməsi və s. işləri yerinə yetirirlər.

DOST Agentliyi və ilk DOST mərkəzi 2019-cu ilin may ayında açılıb. Həmin vaxtdan “Könüllü DOST” proqramına 72 519 müraciət olub. Proqramda iştirak edənlərin sayı isə 2 536 nəfər təşkil edib.

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı