veten informasiya agentliyi

Benilüks Azərbaycanlıları Konqresi Ermənistanın müharibə cinayətləri ilə bağlı Avropa Parlamentinə və AŞPA-ya müraciət edib

Tarix:20-10-2022, 11:52
Baxış Sayı:375


Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin bombardman etdiyi Azərbaycan şəhərləri ilə bağlı Avropa Parlamentinə və Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət edib.
 
Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədovun adından avropalı parlamentarlara ünvanlanan müraciətdə bildirilib ki, bu günlərdə Niderland azərbaycanlıları 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycan şəhərlərinə raket hücumları nəticəsində həlak olanların xatirəsini ehtiramla yad edir. Ermənistanın həmin müddət ərzində törətdiyi hərbi təcavüz nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olduğu, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, mülki infrastruktura ciddi ziyan dəydiyi nəzərə çatdırılıb.

Niderland azərbaycanlılarının insanlığa və sülhə qarşı törədilmiş bu cinayətləri hiddətlə pislədikləri, bu qanlı cinayətlərin törədilməsinə məsuliyyət daşıyanların indiyədək ədalət məhkəməsi qarşısına çıxarılmamasından dərin təəssüf hissi keçirdiyi bəyan edilib.

Benilüks Azərbaycanlılrı Konqresinin sədri Avropa Parlamentini və AŞPA-nı bu dəhşətli hadisələrə adekvat reaksiya verməyə, Ermənistanda müharibə cinayətlərinə cavabdehlik daşıyanların məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli addımlar atmağa çağırıb.

Qazın qiyməti UCUZLAŞDI
Qazın qiyməti UCUZLAŞDI
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
İranlı futbolçulara ABŞ vizası verilib
İranlı futbolçulara ABŞ vizası verilib
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Trampdan İrana sərt mesaj
Trampdan İrana sərt mesaj
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?